İran "Dəmir Günbəz" hazırlanan mərkəzlərə PUA hücumu edib

2026/03/1773858640.jpg
Oxunub: 399     20:34     30 Mart 2026    
İsrailin infrastruktur mərkəzləri İran ordusunun pilotsuz uçuş aparatlarının (PUA) hücumunun hədəfi olub.

Ordu.az SNNTV-yə istinadən xəbər verir ki, bu barədə İran ordusunun bəyanatında qeyd edilib.

"Müxtəlif növ döyüş PUA-larından istifadə edərək Nof ha-Galil sənaye şəhərində və Təl-Əvivdə "Elbit Systems", "Kanfit" infrastruktur mərkəzlərini, müdafiə-hücum sistemlərinin istehsalı müəssisəsinə hücum etmişik", - bəyanatda bildirilib.

Qeyd olunub ki, "Dəmir Günbəz" kimi raket və müdafiə sistemləri istehsal edən mərkəzlər vurulub:

"Elbit Systems" elektron müharibə, PUA istehsalı, kəşfiyyat sistemləri və radar sensorları sahəsində fəaliyyət göstərən silah mərkəzidir və İsrailin müxtəlif ölkələrə silah ixracının mühüm hissəsini təşkil edir.

"Kanfit" Sənaye Təşkilatı aerokosmik hissələrin mühəndisliyi və istehsalı, eləcə də təyyarə və helikopterlər üçün hava konstruksiyalarının hazırlanması sahəsində fəaliyyət göstərir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran  


Bizi "telegram"da izləyin