Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Hesabatda qeyd olunub ki, modernləşdirilmiş F-16 ÖZGÜR təyyarəsindən həyata keçirilən atış zamanı AESA burun radarı vasitəsilə təmin edilən məlumat bağlantısı yönləndirilməsi ilə hədəfə nişanalma həyata keçirilib.
Bu inkişaf Türkiyənin “hava-hava” raket inteqrasiyası və şəbəkə dəstəkli radioelektron mübarizə qabiliyyətində mühüm mərhələ kimi qiymətləndirilir.
HGK-84 üçün qəbul atışı tamamlanıb
Eyni hesabatda F-16 ÖZGÜR Blok-30C/D təyyarəsinə inteqrasiya edilən HGK-84 sursatı üçün GPS yönləndirmə doğrulama sınağının da uğurla tamamlandığı bildirilib.
Bu çərçivədə həyata keçirilən qəbul atışının sursatın operativ istifadəsinə keçid baxımından kritik addım olduğu qeyd edilib.
Pilotsuz sistemlərə “hava-hava” qabiliyyəti gəlir
Son dövrlərdə pilotsuz uçuş aparatlarında da “hava-hava” qabiliyyəti sahəsində mühüm inkişaflar müşahidə olunur.
AESA burun radarı inteqrasiya edilən BAYRAKTAR KIZILELMA platformasından GÖKDOĞAN raketi ilə həyata keçirilən atış zamanı hədəfin uğurla vurulduğu və bu qabiliyyətin dünyada ilk dəfə pilotsuz döyüş təyyarəsində sınaqdan keçirildiyi bildirilib.
TÜBİTAK hesabatına görə KIZILELMA ilə yanaşı AKINCI və ANKA-3 platformalarının da “hava-hava” raketləri ilə təchiz edilməsi planlaşdırılır.
GÖKDOĞAN yüksək mənzil və inkişaf etmiş yönləndirmə qabiliyyəti təqdim edir
GÖKDOĞAN görmə məsafəsindən kənar nişanalma qabiliyyətinə malik aktiv radar yönləndirməli “hava-hava” raketi kimi seçilir.
65 kilometrdən artıq mənzilə malik olan raket bərk yanacaqlı raket mühərriki, aktiv radar axtarış başlığı və qabaqcıl qarşı tədbir sistemləri ilə təchiz olunub.
Məlumat bağlantısı vasitəsilə hədəfin yenilənməsi, at-unut qabiliyyəti və eyni anda bir neçə hədəfə nişanalma kimi xüsusiyyətlər sistemin müasir hava döyüşündə effektivliyini artırır.
Sevinc Əliyeva
Ordu.az