KAAN-ın daxili silah bölmələrində GÖKDOĞAN, BOZDOĞAN, GÖKHAN və SOM-J inteqrasiyası davam edir

2026/03/1774889747.jpg
Oxunub: 471     20:55     30 Mart 2026    
KAAN Milli Sursat İnteqrasiyası Layihəsi çərçivəsində GÖKDOĞAN, BOZDOĞAN və GÖKHAN “hava-hava” raketləri ilə SOM-J qanadlı raketinin KAAN-ın daxili silah bölmələrinə inteqrasiyası üzrə işlər davam edir.

Ordu.az xəbər verir ki, TÜBİTAK-ın 2025-ci il fəaliyyət hesabatında TÜBİTAK SAGE tərəfindən həyata keçirilən layihələr barədə məlumat verilib.

Bundan əlavə, HGK və KGK sursatları ilə SOM qanadlı raketlərinin xarici bölmələrə inteqrasiyası istiqamətində işlərin də davam etdiyi bildirilib.

KAAN layihəsində texniki inkişaf artır

Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəhbəri Haluk Görgün KAAN layihəsində son inkişafları yerində qiymətləndirib.

Görgün bildirib ki, KAAN yalnız bir platforma deyil, Türkiyənin mühəndislik potensialını və müstəqil müdafiə baxışını təmsil edən layihədir.

Statik sınaq təyyarəsi, ilk uçuşunu həyata keçirmiş prototip və ikinci prototipin eyni vaxtda nümayiş etdirilməsi layihənin çatdığı texniki səviyyənin mühüm göstəricisi kimi qiymətləndirilib.

Yeni nəsil döyüş təyyarəsi hədəfi

Görgün KAAN-ın malik olacağı imkanlarla bağlı bildirib:

“Bu layihədə məqsədimiz Türkiyə Hərbi Hava Qüvvələrinin inventarında uzun illər xidmət edəcək yeni nəsil döyüş təyyarəsini yerli şəkildə hazırlamaqdır. Aşağı radara görünmə, daxili silah bölmələri, qabaqcıl aviyonik arxitekturası və sensor birləşməsi kimi imkanlarla həm “hava-hava”, həm də “hava-yer” tapşırıqlarında yüksək performans əldə etmək hədəflənir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KAAN   GÖKDOĞAN   BOZDOĞAN   GÖKHAN   SOM-J  


Bizi "telegram"da izləyin