Böyük Britaniya Fars körfəzində gəminin atəşə tutulduğunu bildirib

2026/03/1773466996.jpg
Oxunub: 433     20:15     30 Mart 2026    
Səudiyyə Ərəbistanı sahillərində Fars körfəzində konteyner gəmisinə atəş açılıb.

Ordu.az-ın məlumatına görə, bu barədə Böyük Britaniya Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzinin (UKMTO) açıqlamasında bildirilib.

"UKMTO şirkətinin təhlükəsizlik üzrə zabiti Səudiyyə Ərəbistanının Ras-Tanura şəhərindən 22 dəniz mili şimal-şərqdə baş verən bir hadisə barədə məlumat alıb. Konteyner gəmisinin zabiti təxminən bir saatlıq ara ilə gəminin yaxınlığında iki naməlum mərminin düşdüyünü bildirdi", - deyə qeyd olunub.

Bildirilib ki, gəmi həyəti xəsarət almayıb, araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Fars-körfəzi  


Bizi "telegram"da izləyin