İran: Ukrayna İrana qarşı törədilən cinayətlərə görə məsuliyyət daşıyır

2026/03/1773226504.jpg
Oxunub: 469     20:14     30 Mart 2026    
“İrana qarşı çıxmaq üçün regiona ‘yüzlərlə mütəxəssis’ göndərilməsi ilə bağlı Ukraynanın etirafı ABŞ-nin rəhbərlik etdiyi hərbi təcavüzə və İsrail rejiminə maddi və operativ dəstəkdir, həmçinin dövlətə qarşı gücün qanunsuz tətbiqində fəal iştirak deməkdir”.

Ordu.az xəbər verir ki, bu barədə BMT-də İranın daimi nümayəndəsi BMT-nin Baş katibinə və Təhlükəsizlik Şurasına ünvanladığı məktubda bildirib.

“İran BMT-də Ukraynanın səfirinin bütün əsassız ittihamlarını qəti şəkildə rədd edir və vurğulayır ki, bu ittihamlar heç bir etibarlı sübuta əsaslanmır və açıq şəkildə ABŞ və İsrail rejiminin İranın suverenliyinə və ərazi bütövlüyünə qarşı apardığı davamlı təcavüzkar müharibədən diqqəti yayındırmağa, eləcə də mülki əhaliyə və mülki infrastruktur obyektlərinə qarşı törədilən ağır cinayətləri əsaslandırmağa yönəlib.

Regiona “yüzlərlə mütəxəssis” göndərilməsi ilə bağlı etiraf, guya bəzi Fars körfəzi ölkələrinə İrana qarşı mübarizədə kömək məqsədi daşısa da, əslində 2026-cı il fevralın 28-dən etibarən davam edən ABŞ və İsrail rejiminin qanunsuz hərbi təcavüzünə mühüm maddi və operativ dəstək göstərilməsi deməkdir.

Belə müdaxilə təsadüfi deyil, əksinə suveren dövlətə qarşı gücün qanunsuz tətbiqində fəal iştirak və yardım göstərildiyini nümayiş etdirir ki, bu da beynəlxalq hüquq, o cümlədən dövlət məsuliyyəti prinsipləri baxımından ciddi narahatlıq doğurur.

Faktiki olaraq operativ və texniki dəstək göstərməklə, hansı ki, birbaşa güc tətbiqinə və İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüzə şərait yaradır, Ukrayna beynəlxalq hüquqa əsasən beynəlxalq qanunsuz əmələ yardım və təşviq göstərdiyinə görə məsuliyyət daşıyır.

Ukraynanın qanunsuz hərəkətləri təcavüz aktında iştirak deməkdir və BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində təsbit olunmuş güc tətbiqi qadağasını pozur. Bundan əlavə, həyati əhəmiyyətli infrastruktur obyektlərinə hücumların əsaslandırılması və ya qanuniləşdirilməsi cəhdləri ciddi narahatlıq doğurur və beynəlxalq humanitar hüququn əsas prinsiplərinə ziddir”, - deyə diplomat qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ukrayna  


Bizi "telegram"da izləyin