Bu barədə
Ordu.az Hindistanın Bakıdakı diplomatik missiyasının məlumatına istinadən xəbər verir.
"Hindistan vətəndaşlarının İrandan təhlükəsiz təxliyəsində göstərdiyi köməyə görə Azərbaycan hökumətinə səmimi minnətdarlığımızı bildiririk", - səfirlikdən bildiriblər.
Martın 30-u saat 10:00-a olan məlumata görə, fevralın 28-i saat 08:00-dan etibarən Hindistanın 196 vətəndaşı təxliyə edilib. Ümumilikdə bu müddət ərzində 3 094 nəfər təxliyə olunub.
Ordu.az