Ermənistanda parlament komissiyasının iclası 2 dəqiqə çəkib: Erməni deputatlar bu müddət ərzində nələri müzakirə edə biliblər?

2025/11/1762166344.jpg
Oxunub: 418     16:46     30 Mart 2026    
2026-cı il martın 30-da İrəvanda Ermənistan parlamentinin Dövlət-hüquq məsələləri daimi komissiyasının növbədənkənar iclası keçirilib və cəmi 2 dəqiqəyə yaxın davam edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Erməni deputatlar Ermənistan parlamentinin “Dövlət və milli kilsə münasibətlərinin hazırkı vəziyyəti barədə” bəyanat layihəsini müzakirə etməli idilər. Lakin komissiya sədrinin müavini, hakim “Mülki Müqavilə” fraksiyasının deputatı Arusyak Culhakyanın bildirdiyinə görə, müxalif “Şərəfim Var” fraksiyası (faktiki olaraq yalnız Ermənistan Respublikaçılar Partiyası ilə təmsil olunur) rəhbəri Hayk Mamicanyanın simasında layihənin müzakirəsinin iki ay müddətinə təxirə salınmasını xahiş edib.

Mamicanyan xüsusilə parlament dinləmələrindən sonra Ermənistan parlamentinin bəyanat layihəsinin mətnində, böyük ehtimalla, təkmilləşdirmələr aparmalı olacaqları faktını əsas gətirib.

Müxalifətin növbəti bəyanat layihəsi bu dəfə Erməni Apostol Kilsəsi ilə dövlət arasındakı münasibətlərdə yaranmış gərginliyə, habelə dövlət tərəfindən göstərilən təzyiqlərə və konstitusiya-hüquqi tənzimləmələrlə bağlı narahatlıqlara aiddir.

Sözügedən bəyanat layihəsinin məzmunu dövlət-kilsə münasibətləri ilə bağlı konstitusiya prinsiplərinin, habelə bu münasibətlərin hazırkı vəziyyətinin müzakirəsinə yönəlib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Parlament  


Bizi "telegram"da izləyin