Ermənistan parlamenti sədrinin müavini litvalı parlamentarilərlə görüşüb

2025/12/1765887261.jpg
Oxunub: 407     16:42     30 Mart 2026    
Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan martın 30-da Litva Seyminin Xarici Əlaqələr Komissiyasının sədri Remiqiyus Motuzasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Ruben Rubinyan Ermənistan və Litva arasında parlamentlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayıb, qarşılıqlı fəaliyyətin birgə gündəliyinə dair məsələləri müzakirə edib.

Məlumata görə, Rubinyan Ermənistan-Aİ əməkdaşlığının genişlənməsi, eləcə də demokratik proseslərin təşviqi çərçivəsində Litvanın davamlı dəstəyini yüksək qiymətləndirib.

Görüş zamanı regional təhlükəsizliklə bağlı məsələlər də müzakirə olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Ermənistan  


Bizi "telegram"da izləyin