Ordu.az xəbər verir ki, bu barədə “iDNES” portalı məlumat yayıb.
Məlumata görə, Çexiya nümayəndə heyətinə baş nazir Andrey Babiş rəhbərlik edəcək. Heyətin tərkibinə həmçinin hökumətin bir sıra üzvləri, o cümlədən baş nazirin müavini, xarici işlər naziri və müdafiə naziri daxil olacaq.
Petr Pavel daha əvvəl bildirmişdi ki, sammitdə iştirakına imkan verilməyəcəyi təqdirdə Konstitusiya Məhkəməsinə müraciət edə bilər.
Baş nazir qeyd edib ki, prezident 2026-cı ilin sentyabrında Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında Çexiya nümayəndə heyətinə rəhbərlik edəcək.
Hökumət başçısı həmçinin Pavelin vəzifəyə başladığı vaxtdan etibarən fəal beynəlxalq fəaliyyət göstərdiyini vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az