Livanda partlayış nəticəsində BMT-nin iki sülhməramlısı həlak olub - YENİLƏNİB

2025/02/1738903345.jpg
Oxunub: 578     22:28     30 Mart 2026    
Livanda BMT-nin Müvəqqəti Qüvvələrinin (UNIFIL) iki sülhməramlısı ölkənin cənubunda baş verən partlayış nəticəsində həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə CNN BMT missiyasının bəyanatına istinadən məlumat yayıb.

UNIFIL daha iki sülhməramlının yaralandığını, onlardan birinin vəziyyətinin ağır olduğunu bildirib. Missiya bunu son 24 saat ərzində şəxsi heyətlə bağlı ikinci ölümcül insident adlandırıb.

BMT baş katibinin sülhməramlı əməliyyatlar üzrə müavini Jan-Pyer Lakruanın sözlərinə görə, həlak olan sülhməramlılar İndoneziya vətəndaşları olublar.

Missiyanın bəyanatında hadisənin hallarını araşdırmaq üçün təhqiqat başlandığı qeyd olunub. Açıqlamada insidentə görə məsuliyyət daşıyan tərəfin adı göstərilməyib.

***

Livanın cənubunda, İsrail sərhədinə yaxın ərazidə baş verən naməlum bir insident zamanı Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlıları xəsarət alıb.

Ordu.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hadisə Bani Hayyan yaxınlığında baş verib. Nəticədə bir neçə sülhməramlı yaralanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   BMT  


Bizi "telegram"da izləyin