Ermənistan parlamentinin sədri belçikalı parlamentarilərlə bərqərar olmuş sülhü müzakirə edib

2026/03/1773897849.jpg
Oxunub: 589     15:44     30 Mart 2026    
Ermənistan parlamentinin sədri Alen Simonyan martın 30-da Belçika Krallığı parlamentinin Belçika-Ermənistan dostluq qrupunun üzvlərini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dostluq qrupunun üzvlərini Ermənistanda salamlayan Alen Simonyan bu cür qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafı baxımından vacibliyini qeyd edib.

Belçika-Ermənistan dostluq qrupunun rəhbəri Els Van Hof isə öz növbəsində iki ölkə arasında dərinləşən dostluq münasibətlərini vurğulayıb və bu prosesdə yeni nailiyyətlər əldə olunması üçün səylərini əsirgəməyəcəklərini bildirib.

Həmsöhbətlərin müzakirələrinin mərkəzində həm ikitərəfli münasibətlər, həm də Ermənistanda aparılan demokratik islahatlar, Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülh prosesi, eləcə də regional inkişaflarla bağlı məsələlər olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Simonyan   Ermənistan   Belçika  


Bizi "telegram"da izləyin