Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“Müharibənin üçbaşlı partiyası iddia edir ki, əvvəllər də sülh olub. Bu iddia kinayəli yalandır, çünki əvvəlki illərdə biz çoxsaylı itkilər və daha çox sayda yaralılar vermişik. Sülh olmayıb, sadəcə müharibə təxirə salınıb və bunun üçün biz Ermənistanın müstəqilliyi, dövlətçiliyi, iqtisadi inkişafı və rifahı ilə qiymət ödəmişik.
Bu “ödəmə vasitəsi” artıq 2016-cı ildə tükənib, o zaman ki, dördgünlük müharibə baş verdi və tamamilə fərqli məntiq gündəmə gəldi, bu da Qarabağ münaqişəsi ilə bağlı bütün təsəvvürləri alt-üst etdi.
Biz müstəqillik tariximizdə ilk dəfədir ki, sülhə sahibik. Əvvəlki dövrdə heç vaxt sülh olmayıb və bunu sübut edən fakt odur ki, 2025-ci il Azərbaycanla atışmalar nəticəsində itkilərin olmadığı ilk təqvim ilidir.
Praktiki olaraq, biz 2024-cü ilin martından etibarən nə itki, nə də yaralı vermişik”, - deyə Paşinyan bildirib.
O həmçinin xatırladıb ki, sülh sazişi paraflanıb və əslində Ermənistanla Azərbaycan arasında mövcud olan sülh artıq de-yure təsbit olunub.
Paşinyan qeyd edib ki, bu isə sərhədlərin delimitasiyası üzrə komissiyaların təsdiqlədiyi birgə fəaliyyət qaydalarının qəbul edilməsi və ratifikasiyası ilə sənədə hüquqi qüvvə verilməsi deməkdir.
Alpər Mövludoğlu
Ordu.az