Rostov-na-Donuda 1,5 min nəfər Erməni Apostol Kilsəsinə dəstək aksiyasına çıxıb

2026/03/1774855629.jpg
Oxunub: 399     11:22     30 Mart 2026    
Rostov-na-Donuda Erməni Apostol Kilsəsinə və bütün ermənilərin katolikosu II Qareginə dəstək məqsədilə kütləvi aksiya keçirilib.

Ordu.az “Vzqlyad” nəşrinə istinadən xəbər verir ki, tədbirdə təxminən 1500 nəfər iştirak edib.

Müqəddəs Xaç kilsəsinin keşişi Ter Harutyun Terteryan bildirib ki, erməni icmasının nümayəndələri Ermənistanda baş verən prosesləri diqqətlə izləyir və mövcud vəziyyəti kilsə strukturlarına təzyiq kimi qiymətləndirirlər. O vurğulayıb ki, yaranmış şəraitdə Erməni Apostol Kilsəsinin ruhaniləri üçün möminlərə dəstək göstərmək son dərəcə vacibdir.

“Əminliklə demək olar ki, Erməni Apostol Kilsəsinə dəstək aksiyası uğurlu alınıb. Həmçinin onun Palıd bazarı (Tsaxkazard) günündə keçirilməsi də diqqətəlayiqdir”, - deyə Ter Harutyun qeyd edib.

Ruhani həmçinin Ermənistanda 4 arxiyepiskopun həbs olunduğunu xatırladıb. “Ermənistanda baş verənləri, yəni 4 arxiyepiskopun həbsini başqa cür, hakimiyyət tərəfindən təzyiq kimi qiymətləndirmək mümkün deyil”, - deyə o bildirib. Terteryan xüsusilə vurğulayıb ki, aksiya siyasi şüarlar olmadan keçirilib. Bununla yanaşı, o qeyd edib ki, icma üzvləri üçün ruhanilərin mövqeyini çatdırmaq və dəstək nümayiş etdirmək vacib idi.

“Hər bir çıxış edən Ermənistanın sadə vətəndaşlarına və Erməni Apostol Kilsəsinin bütün davamçılarına dəstəyini ifadə edib”, - deyə o əlavə edib. Təşkilatçılar aksiyada iştirak edənlərin sayını ən azı 1,5 min nəfər olaraq qiymətləndiriblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rostov-na-Donu   Kilsə  


Bizi "telegram"da izləyin