Paşinyan yenidən Ermənistanın Baş naziri vəzifəsinə namizəd olub

2026/03/1774763856.jpg
Oxunub: 460     10:09     30 Mart 2026    
“Vətəndaş Müqaviləsi” partiyasının daxili seçkilərinin hər iki mərhələsi başa çatıb və yekunlaşdırılıb. Müəyyən edilmiş müddətdə səsvermənin nəticələrinə dair şikayət daxil olmayıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində yazıb.

“Hesablama komissiyasının bütün üzvlərinə, komissiyanın sədri Hakob Arşakyan başda olmaqla, qapalı-gizli səsvermənin hər iki mərhələsini yüksək səviyyədə və demək olar ki, qüsursuz təşkil etdiklərinə görə təşəkkür edirəm.

Mənə yenidən etimad göstərərək səs verən, “Vətəndaş Müqaviləsi” partiyasının seçki siyahısına rəhbərlik etməyi və Ermənistanın Bş naziri vəzifəsinə namizəd olmaq şərəfini verən bütün partiya yoldaşlarıma təşəkkür edirəm.

Partiyanın siyasi ənənələrinə sadiq qalaraq Ermənistanda yeni siyasi standart formalaşdırdıqları üçün partiya idarə heyətinə də təşəkkür edirəm”, - deyə Paşinyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin