Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “ İşxanutyun” nəşri yazıb.
Şahidlərin sözlərinə görə, mühafizə əməkdaşı gəncin çənəsinə yumruq zərbəsi endirib.
“Görüntülərdə görünür ki, gənc yerə yıxılır, daha sonra ayağa qalxdıqdan sonra çənə nahiyəsinə aldığı zərbənin təsirindən üz hərəkətlərini çətinliklə idarə edir.
Hadisə yerində olanların sözlərinə görə, Nikol Paşinyan ərazini tərk etdikdən sonra onun mühafizəçiləri qalıb və gənclə “hesablaşma aparıblar”.
Faktiki olaraq, Paşinyanla mübahisə edən gənc və vəziyyəti sakitləşdirməyə çalışan qardaşı məhz kilsənin daxilində “cəzalandırılıb”, daha sonra isə zor tətbiq edilərək polisə aparılıb.
Gənclərin hər hansı siyasi qüvvə və ya partiya ilə əlaqəsi yoxdur, onlar hər bazar ibadətdə iştirak edən inanclı şəxslərdir. Kadrlarda hər iki qardaşın əlində dua kitabı olduğu görünür”, - deyə KİV bildirib.
Alpər Mövludoğlu
Ordu.az