Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Erməni nazirin sözlərinə görə, sənəd “aydın səbəblərə görə” hazırda müzakirə olunmur.
“Səfər planlaşdırılırdı, amma hazırda bu barədə danışmırıq”, - deyə o qeyd edib.
Xatırladaq ki, bu ilin fevralında İranın Ermənistandakı səfiri bildirmişdi ki, Ermənistan və İran strateji əməkdaşlıq sənədi imzalamağı planlaşdırır. Ehtimal olunurdu ki, bu, Ermənistanın Baş naziri Nikol Paşinyanın Tehrana səfəri zamanı baş verəcək. Bundan sonra Paşinyan da İrana səfərin planlaşdırıldığını təsdiqləmişdi.
Alpər Mövludoğlu
Ordu.az