Ermənistanda xuliqanlıq və vəzifəli şəxsin qanuni fəaliyyətinə müdaxilə şübhəsi ilə 2 nəfər saxlanılıb

2026/03/1774781278.jpg
Oxunub: 374     14:50     29 Mart 2026    
Ermənistan Daxili İşlər Nazirliyinin polis əməkdaşları xuliqanlıq və vəzifəli şəxsin qanuni xidməti və siyasi fəaliyyətinə müdaxilə şübhəsi ilə 2 nəfəri saxlayıblar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan DİN-in Müqəddəs Anna kilsəsinin həyətində iki gəncin zorla saxlanılması ilə bağlı açıqlamasında bildirilib.

Xatırladaq ki, bu gün İrəvandakı Müqəddəs Anna kilsəsindən çıxarkən Nikol Paşinyanın mühafizəçiləri ona “Belə baxma” deyə müraciət edən bir gənci itələyərək kənarlaşdırıblar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   DİN   Paşinyan  


Bizi "telegram"da izləyin