Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“Bu, bizim təqdim edəcəyimiz mətn deyil. Biz Konstitusiya dəyişikliklərini deyil, yeni mətn təqdim edəcəyik”, - deyə nazirliyin mətbuat katibi Mariam Melkumyan “Azadlıq” radiosuna bildirib.
“İşxanutyun” nəşri isə iddia edib ki, “Ermənistan Konstitusiyasının dəyişdirilmiş variantı onların əlinə keçib”. Həmin mətnin preambulasında “Ermənistanla Qarabağın birləşməsi”nə dair ifadə ehtiva edən Müstəqillik Bəyannaməsinə istinad yer almır.
Melkumyan bu istinadın nazirliyin hazırladığı layihədən çıxarılıb-çıxarılmadığı sualını cavabsız qoyub və bildirib ki, gün ərzində əlavə açıqlama veriləcək.
Ermənistan KİV-lərinin yazdığına görə, Müstəqillik Bəyannaməsinin Konstitusiyadan çıxarılmasını Azərbaycan tələb edir və bildirir ki, yalnız bundan sonra Ermənistanla sülh sazişi imzalaya bilər.
Ermənistan Baş naziri Nikol Paşinyan da şəxsən bu sənədi “münaqişəli” adlandırıb və yeni Konstitusiya layihəsində onun qeyd olunmamalı olduğunu deyib. Bununla belə, layihəni hazırlayan Ermənistan Ədliyyə Nazirliyi hələ də əsas intriqanı saxlayır, istinadın çıxarılıb-çıxarılmayacağı məlum deyil.
Alpər Mövludoğlu
Ordu.az