Paşinyanın kilsədən çıxışı zamanı insident baş verib - VİDEO

2026/03/Ekran-1774772991.jpg
Oxunub: 513     12:28     29 Mart 2026    
Bir qədər əvvəl İrəvandakı Müqəddəs Anna kilsəsində insident baş verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Burada Ermənistan Baş naziri Nikol Paşinyan komandası ilə birlikdə Bazar günü bayramı münasibətilə keçirilən ayində iştirak edib.

Təxminən 20 dəqiqə ibadətdə iştirak etdikdən sonra kilsədən çıxarkən bir gənc ona yaxınlaşmağa cəhd edib. Lakin Paşinyanın mühafizəçiləri buna imkan verməyərək həmin şəxsi kilsənin daxilində itələyiblər. Hadisə iştirakçıları baş verənlərə kəskin etiraz ediblər.

“Belə baxma mənə”, - deyə həmin erməni sakin bildirib.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Kilsə  


Bizi "telegram"da izləyin