Erməni nazir: “Artıq 34,5 min Qarabağdan köç etmiş şəxs Ermənistan vətəndaşlığı alıb”

2026/03/1774772702.jpg
Oxunub: 598     12:19     29 Mart 2026    
“Hazırda Qarabağdan (könüllü-red.) köç etmiş 34 576 nəfər Ermənistan vətəndaşlığı alıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan Əmək və sosial məsələlər üzrə parlamentin daimi komitəsinin iclasında, Ermənistan hökumətinin 2025-ci il (2021-2026) proqramının icrası və nəticələrinə dair hesabatın təqdimatı zamanı bildirib.

Erməni nazir qeyd edib ki, müraciətlər üzrə heç bir imtina olmayıb.

Sarkisyan bildirib ki, eyni zamanda, Qarabağdan köç etmiş azyaşlıların sayı 28 min nəfər təşkil edir, onlardan 12 mini artıq Ermənistan vətəndaşlığı alıb.

Vətəndaşlıq üçün müraciətlərin ümumi sayı ilə bağlı Sarkisyan bildirib ki, nazirlik 2025-ci ilin birinci yarısında təxminən 4 000 müraciət aldığı halda, 2026-cı ilin ilk iki ay yarısının nəticələrinə görə bu rəqəm artıq 5 000-ə çatıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Sarkisyan  


Bizi "telegram"da izləyin