Ordu.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin keçmiş müavini, Çində və bir sıra digər ölkələrdə Ermənistanın keçmiş səfiri Sergey Manasaryan deyib.
“Bu müharibənin iki nəticəsi var, tərəflərdən biri uduzmalıdır. Uduzan tərəfin sonradan nə bəyan edəcəyi ikinci dərəcəlidir. Təsəvvür edək ki, İran devrilir. Bu halda ağır relyefə malik ərazidə 50-60 km yol tikmək, əgər İran ərazisi onun nəzarətinə keçəcəksə, ABŞ-yə nə üçün lazım olacaq? Əks ssenari budur ki, ABŞ qalib gələ bilmir və müharibədən çıxır. Bu halda İran öz şimalından belə bir yolun tikilməsinə icazə verəcəkmi?”, - deyə Manasaryan bildirib.
Hadisələr bu ssenari üzrə inkişaf edərsə, Manasaryan hətta Ermənistan birbaşa iştirak etməsə və bu ssenaridən yayınmağa çalışsa belə, müharibənin Ermənistan ərazisinə də keçə biləcəyini ehtimal edir.
Alpər Mövludoğlu
Ordu.az