Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın hüquq-mühafizə orqanlarındakı mənbələr “Factor TV”yə məlumat verib.
Məlumata görə, cinayət işi Ermənistan İstintaq Komitəsinin Göyçə vilayəti üzrə idarəsində araşdırılır. Məlumata görə, 2025-ci ilin dekabr ayında “Facebook” sosial platformasında Paşinyanın təyyarəsinin Moskva şəhərinə enə bilməməsi ilə bağlı paylaşım edilib. Həmin paylaşımın şərh bölməsində S.A. belə yazıb: “Kaş ki, enməzdi, PUA vurardı, hamımız o iki məxluqdan xilas olardıq”.
Bu paylaşım əsasında Ermənistan İstintaq Komitəsinin Göyçə idarəsində Cinayət Məcəlləsinin 330-cu maddəsinin 2-ci hissəsinin 3-cü bəndi ilə cinayət işi başlanıb. Bu maddə kütləvi informasiya vasitələri və ya informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə zorakılığa açıq çağırışlar, zorakılığın açıq şəkildə əsaslandırılması və ya təbliğini nəzərdə tutur.
İş başlanandan təxminən 3 ay sonra S.A.-ya həmin maddə ilə rəsmi ittiham irəli sürülüb.
KİV-in məlumatına görə, onun barəsində qətimkan tədbiri kimi ölkəni tərk etməmək haqqında qərar seçilib.
Alpər Mövludoğlu
Ordu.az