Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif “Hayatsan” fraksiyasının deputatı Qarnik Danielyan jurnalistlərlə söhbətində deyib.
Paşinyanla Vladimir Putin arasında telefon danışığı ilə bağlı suala cavab olaraq erməni deputat qeyd edib ki, ehtimal ki, “Sülh kəsişməsi” (Zəngəzur dəhlizi-red.) layihəsi çərçivəsində dəmir yolunun bərpası məsələsi müzakirə olunub.
Onun sözlərinə görə, layihənin hansısa Qazaxıstan şirkəti tərəfindən konsessiya əsasında idarə olunması variantı nəzərdən keçirilir.
Hakimiyyət nümayəndələrinin açıq-aşkar anti-Rusiya bəyanatlarını şərh edən Danielyan bildirib: “Paşinyanın dövründə Ermənistan iqtisadiyyatının Rusiyadan və AİB-dən asılılığı, diversifikasiya ilə bağlı bəyanatlara baxmayaraq, xeyli artıb. Alternativ nədir? Dünyada iqtisadiyyat və siyasət bir-biri ilə bağlıdır. İqtisadi asılılıq siyasi asılılığa gətirib çıxarır. Sadəcə rəqəmlərə baxın”.
Alpər Mövludoğlu
Ordu.az