Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“Biz sadəcə Ermənistan müxalif qüvvələrinin nə danışdığını eşidirik. Sülh sazişinin reviziyası cəhdləri, TRIPP (Zəngəzur dəhlizi-red.) razılaşmasının yenidən nəzərdən keçirilməsi cəhdləri, TRIPP üçün Çin və ya Rusiyanın təminatçı kimi cəlb olunması barədə bəyanatlar, “Ağrı bizimdir” kimi çıxışlar, bunlar həmin ritorikadır”, - deyə Aleksanyan bildirib.
TRIPP-in Ermənistan-ABŞ layihəsi olması və Azərbaycanın bununla nə əlaqəsi olduğu barədə suala erməni deputat belə cavab verib: “Bu Ermənistan-ABŞ əməkdaşlığı əlavə təhlükəsizlik və sülh zəmanətidir. Həmin razılaşmanın və layihənin həyata keçirilməsi Ermənistan üçün əlavə təhlükəsizlik və sülh təminatıdır, onun ləğvi isə bu zəmanətlərin faktiki ləğvi deməkdir”.
Daha sonra erməni deputat Ermənistanın ikinci prezidenti Robert Köçəryanı Türkiyəyə qarşı ərazi iddiaları səsləndirməkdə ittiham edib və bunun yaxın vaxtlarda keçirilmiş qurultayda səsləndirildiyini iddia edib.
Hakimiyyətin cəmiyyəti “müharibə və qeyri-müharibə tərəfdarları” kimi bölməsi ilə bağlı irada cavab olaraq Aleksanyan bildirib: “Biz bölməmişik. Heç kim müxalifəti məcbur etmir. Biz müxalifəti məcbur etmirik ki, Türkiyəyə qarşı ərazi iddiaları səsləndirsin, sülh sazişini və ya TRIPP razılaşmasını sual altına alsın”.
Xalqın başqa siyasi qüvvələri seçə biləcəyi ilə bağlı suala o belə cavab verib: “Bəlkə xalq müharibə istəyir? Mən əminəm ki, istəmir. Amma əgər istəsə, müxtəlif siyasi qüvvələri seçə bilər. Bu, onların hüququdur. Lakin mən inanıram ki, xalq müharibə istəmir”.
Erməni deputatın sözlərinə görə, yalnız “Vətəndaş Müqaviləsi” partiyası əvvəlki yolun səhv və dağıdıcı olduğunu deməyə cəsarət edir. O, həmçinin söz azadlığının məhdudlaşdırılması ilə bağlı iddialarla razılaşmayıb və Nikol Paşinyanın iştirak etdiyi metro hadisəsini “əlavə emosiyalar”la izah edib.
Aleksanyan bildirib ki, partiyanın seçki siyahısı aprel ayında keçiriləcək qurultayda təsdiqlənəcək.
Alpər Mövludoğlu
Ordu.az