Ordu.az xəbər verir ki, bu barədə “Sputnik Armenia”ya müsahibəsində erməni separatçı Njdeh İsgəndəryan Ermənistan hökumətinin 2023-cü ildən etibarən Qarabağdan könüllü köç etmiş şəxslərə yönəlmiş proqramlarının nəticələrinə toxunarkən deyb.
Martın 18-də Qarabağdan könüllü köç etmiş şəxslərə həsr olunmuş “İnklüziv inkişaf, nailiyyətlər və görüləcək işlər” forumunda Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, 2023-cü ildən etibarən Ermənistanın dövlət büdcəsindən müxtəlif proqramlar çərçivəsində Qarabağdan köç etmiş şəxslərin ehtiyaclarının qarşılanması üçün təxminən 145 milyard dram ayrılıb.
İsgəndəryan qeyd edib ki, 2023-cü il köçündən sonra Ermənistan hökuməti Qarabağdan köç etmiş şəxslərin problemlərinin yüngülləşdirilməsi məqsədilə “Qarabağ hökuməti” (ləğv edilmiş qondarma qurum-red.) ilə heç bir formada əməkdaşlıq etməyib.
Alpər Mövludoğlu
Ordu.az