Ermənistanda təlim toplanışı iştirakçılarına xəsarət yetirməkdə şübhəli bilinən şəxsə qarşı cinayət təqibi başlanıb

2026/03/1774722574.jpg
Oxunub: 459     22:30     28 Mart 2026    
Ermənistanda təlim toplanışına çağırılmış ehtiyatda olan hərbi qulluqçuların xəsarət alması faktı ilə bağlı başlanmış cinayət işi çərçivəsində həmin toplanışa çağırılmış şəxslərdən birinə qarşı ictimai cinayət təqibi başlanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Armenpress”ə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan bildirib.

Avdalyan qeyd edib ki, həmin şəxs barəsində Ermənistan Cinayət Məcəlləsinin 520-ci maddəsinin 3-cü hissəsinin 2-ci və 3-cü bəndləri (tabeliyində olan şəxsə qarşı zorakılıq tətbiq etmə və ya zorakılıq hədəsi) və 166-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndi (sağlamlığa ağır zərər vurma) ilə cinayət təqibi başlanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təlim-toplanışı  


Bizi "telegram"da izləyin