Mirzoyan Qətərin XİN rəhbəri ilə telefon danışığında vəziyyətin gərginləşməsindən narahatlığını bildirib

2026/03/1774721692.jpg
Oxunub: 440     22:15     28 Mart 2026    
Martın 28-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qətər Dövlətinin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, həmsöhbətlər Yaxın Şərqdə yaranmış vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

“Nazir Mirzoyan vəziyyətin gərginləşməsi və baş verən hadisələr nəticəsində qeydə alınan itkilərlə bağlı narahatlığını ifadə edib. Regional sabitlik və sülhün əhəmiyyəti vurğulanıb, bu istiqamətdə səylərə Ermənistanın prinsipial dəstəyi qeyd edilib.

Ermənistanın XİN rəhbəri Yaxın Şərq üzərindən uçuşların ləğvi səbəbindən Qətərdə qalan Ermənistan vətəndaşları ilə bağlı göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

İkitərəfli münasibətlərə toxunaraq, Ermənistan və Qətər xarici işlər nazirləri əməkdaşlıq gündəliyinin zənginləşdirilməsi üçün siyasi iradəni vurğulayıb, xüsusilə iqtisadi komponent və infrastruktur layihələrinin əhəmiyyətini qeyd ediblər”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   Ermənistan  


Bizi "telegram"da izləyin