Ermənistan müdafiə naziri Fransanın Baş naziri ilə görüşüb

2026/03/1774626152.jpg
Oxunub: 423     19:42     27 Mart 2026    
Ermənistan müdafiə naziri Suren Papikyan bu gün Parisdə Fransanın Baş naziri Sebastyan Lekornü ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə erməni nazir sosial şəbəkə hesabında yazıb.

“Fransanın Baş nazirinə Ermənistanın baş naziri Nikol Paşinyanın səmimi salamlarını çatdırdım.

Baş nazir Sebastyan Lekornüyə əvvəl əldə olunmuş razılaşmaların uğurla icra olunduğunu təqdim etdim və əməkdaşlığı diqqət mərkəzində saxladığı üçün Fransa hökumətinə təşəkkürümü bildirdim.

Müdafiə sahəsində Ermənistan-Fransa əməkdaşlığının inkişafı və dərinləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Xüsusilə, ikitərəfli strateji tərəfdaşlığın davamlı möhkəmləndirilməsinin vacibliyi vurğulanıb və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi qeyd edilib”, - deyə Papikyan yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Fransa  


Bizi "telegram"da izləyin