Ermənistanın müdafiə naziri fransalı həmkarı ilə hərbi-texniki əməkdaşlığı müzakirə edib

2026/03/1774625281.jpg
Oxunub: 458     19:24     27 Mart 2026    
Ermənistanın müdafiə naziri Suren Papikyan Parisdə Fransanın silahlı qüvvələr və veteranlar məsələləri üzrə naziri Katerin Votren ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, görüşdə həmçinin Fransadakı Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Arman Xaçatryan da iştirak edib.

Qeyd edilib ki, nazirlər artıq formalaşmış əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirərək onun davamlılığının və inkişafının vacibliyini vurğulayıblar.

Bildirilib ki, hərbi-texniki əməkdaşlıq, hərbi təhsil, ixtisasartırma, həmçinin məsləhətçi dəstəyi və digər istiqamətlər üzrə proqramların icrası müzakirə olunub.

Tərəflər əməkdaşlığın daha da dərinləşdirilməsi və genişləndirilməsi, onu keyfiyyətcə yeni və daha yüksək səviyyəyə çatdırmaq, həmçinin müdafiə sahəsində imkanların gücləndirilməsinə yönəlmiş birgə təşəbbüslərin davam etdirilməsi barədə razılığa gəliblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Fransa  


Bizi "telegram"da izləyin