Paşinyanın aparat rəhbəri TRIPP layihəsi barədə: “ABŞ tərəfi ilə iş aparılır”

2026/03/Ekran-1774617502.jpg
Oxunub: 485     17:14     27 Mart 2026    
“Böyük ehtimalla Ermənistanın Gürcüstandan qaz kəmərinin köçürülməsini xahiş etməsi sərhədlərin delimitasiyası prosesləri ilə də bağlıdır”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün hakim “Vətəndaş Müqaviləsi” partiyasının ofisində jurnalistlərlə brifinq zamanı Ermənistanın baş nazir aparatının rəhbəri Arayik Harutyunyan bildirib.

“Məlumatda çox aydın izah olunub ki, boru kəməri müəyyən bir zonadan keçib və indi daha təhlükəsiz zonaya köçürülür.

Sərhədlərin delimitasiyası prosesi müəyyən məntiq çərçivəsində, baş nazir müavinləri vasitəsilə aparılır, əlaqələr mövcuddur, lakin hazırda ərazidə real proses yoxdur. Hər kəs müəyyən mərhələyə çatmaq üçün öz hazırlıq işlərini görür”, - deyə o qeyd edib.

Bir neçə gün əvvəl Ermənistan baş naziri Nikol Paşinyanın TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin hazırda Vaşinqtonun prioritetləri sırasında olmadığını, çünki ABŞ-nin İranla müharibə vəziyyətində olduğunu deməsinə münasibət bildirən Harutyunyan qeyd edib: “Hər hansı ölkə müəyyən hərbi əməliyyatlar içərisindədirsə, təbii ki, həmin ölkənin əsas prioriteti həmin əməliyyatlardır. Amma bu o demək deyil ki, digər istiqamətlər üzrə iş aparılmır. Mən bir neçə gün əvvəl yenidən maraqlandım, ABŞ tərəfi ilə iş aparılır və ABŞ tərəfi də Ermənistanla işləyir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Harutyunyan  


Bizi "telegram"da izləyin