ABŞ TRIPP layihəsində payını Türkiyəyə sata bilər?

2026/01/1769412740.jpg
Oxunub: 404     16:22     23 Mart 2026    
“ABŞ Ermənistanın razılığı olmadan TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsindəki payını sata bilməz”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Onun sözlərinə görə, sənəddə açıq şəkildə qeyd olunub ki, bütün əməliyyatlar yalnız Ermənistanın razılığı ilə mümkündür. Medianın mümkün təzyiq altında verilən formal razılıqla bağlı sualına cavab olaraq Mirzoyan “təzyiq?” deyə sual edib və məşhur “Kikosun ölümü” hekayəsini xatırladıb.

O bildirib ki, mövcud olmayan bir şeydən qorxmaq mənasızdır: “Vaxtı gələndə bu barədə danışarıq”.

Erməni nazirin sözlərinə görə, TRIPP layihəsi üzrə danışıqlar normal tempdə davam edir və növbəti mərhələ hökumətlərarası sazişin imzalanmasıdır.

Mirzoyan qeyd edib ki, layihənin həyata keçirilməsi ilə Ermənistanın rolu artacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   TRIPP  


Bizi "telegram"da izləyin