Ermənistan XİN rəhbəri: “Hakimiyyətimiz müharibə gətirməyib, müharibə nəticə olub”

2026/03/1774254444.jpg
Oxunub: 426     13:41     23 Mart 2026    
“Hakimiyyətimiz müharibə gətirməyib, müharibə nəticə olub. Ən sadə və sadəlövh yanaşma kiminsə müharibə gətirdiyini deməkdir”.

Ordu.az xəbər verir ki, bunu bu gün parlamentdə jurnalistlərlə brifinq zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Bəli, müharibə bizim dövrümüzdə baş verib, amma “Siz müharibə gətirmisiniz” demək absurddur. Bu, 30 ildən artıq müddətdə, o cümlədən mənim də daxil olduğum yanlış siyasi düşüncə çərçivəsində qalmağın, problemi başa düşməməyin nəticəsi idi ki, bu məsələ həll olunmalı idi və başqa cür həll oluna bilməzdi və s.”, - deyə o bildirib.

Hakimiyyətin təklif etdiyi sülhün belə reallaşmasının mümkün olmadığı barədə irada cavab olaraq Mirzoyan deyib: “Sizin dediklərinizdən belə nəticə çıxarmaq olarmı ki, əgər biz görürüksə ki, hətta sülh deyənlər belə sülhü qoruya bilmirlər, gəlin elə indi qollarımızı çırmalayıb müharibəyə başlayaq? Nə qədər mümkündürsə, sülhümüzü qorumağa çalışmalıyıq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mirzoyan  


Bizi "telegram"da izləyin