“İrəvan və Bakı dövlət sərhədinin delimitasiya və demarkasiya məsələsini gec-tez həll edəcək” - Mirzoyan

2026/01/1769603955.jpg
Oxunub: 494     13:36     23 Mart 2026    
“Kim deyib ki, Azərbaycan Cermukun həmin hissələrinin delimitasiyasını müzakirə etməkdən imtina edir? Bu məsələ müvafiq birgə komissiyanın işi çərçivəsində müzakirə olunacaq”.

Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının iclasında ölkənin xarici işlər naziri Ararat Mirzoyan müxalif “Hayastan” fraksiyasının deputatı Geğam Manukyanın sualını cavablandırarkən deyib.

O qeyd edib ki, İrəvan və Bakı dövlət sərhədinin delimitasiya və demarkasiya məsələsini gec-tez həll edəcək.

“İki ölkə arasında razılaşma bundan ibarətdir ki, bu məsələlərə baxılsın və hansı hüquqi əsaslarla, hansı xəritələr əsasında baxılacağı məhz delimitasiya prosesi çərçivəsində müəyyən edilsin”, - deyə Mirzoyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Ermənistan  


Bizi "telegram"da izləyin