Mirzoyan müxalifəti müharibə tərəfdarları adlandırmaları barədə: “Yaxşı edirik, bu bizim hüququmuzdur, burada şantaj yoxdur”

2026/01/1769614654.jpg
Oxunub: 430     13:30     23 Mart 2026    
“Baş nazir sentyabr ayını şərti olaraq qeyd edib, yəni seçkilərdən qısa müddət sonranı nəzərdə tutub və belə bir perspektivin ola biləcəyi isə birmənalıdır”.

Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində jurnalistlərlə brifinq zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Baş nazir Nikol Paşinyanın yaxın günlərdə səsləndirdiyi “Əgər hakimiyyət konstitusion çoxluq əldə etməsə və hakimiyyətə sülhü reviziya edən qüvvələr gəlsə, sentyabrda müharibə olacaq” fikrinə münasibət bildirərkən deyib.

“Az əvvəl parlament komissiyasında, o cümlədən parlamentdə təmsil olunan müxalif deputatlarla və parlamentdən kənarda olan bəzi müxalif dairələrlə danışırdıq. Onların ideologiyası ondan ibarətdir ki, demək olar ki, bütün qonşu ölkələrlə ərazi problemlərimiz var, ərazi iddialarımız və ambisiyalarımız mövcuddur. Bu fikri daşıyan bir vətəndaşın sözlərini sitat gətirirəm: “Bu Ermənistan bizə lazım deyil”. Və xəritəni yerə atmaq… Aydındır ki, belə düşüncəli insanlar hakimiyyətə gəlsə, dərhal qonşularla problemlər yaranacaq. Bu gün ölkələrin problemləri hansı metodologiya ilə həll etməyə çalışdığını nəzərə alsaq, Ermənistanın yeni müharibə ilə üz-üzə qalma ehtimalı çox yüksəkdir”, - deyə o bildirib.

“Ya biz, ya müharibə” fikrinin şantaja bənzədiyi barədə irada cavab olaraq erməni nazir deyib: “Burada hansı şantaj var? Biz sülh təklif edirik, başqa şəraitdə isə inanın ki, dərin əminliyimizə görə, Ermənistanın nə uğuru, nə də inkişafı olacaq, hətta müstəqil dövlət kimi mövcudluğu belə ciddi sual altına düşəcək.

Digər tərəfdən isə belə təklif var ki, yox, bu Ermənistan ümumiyyətlə bizə lazım deyil, biz buna əhəmiyyət vermirik, bizə başqa bir Ermənistan lazımdır. Bu, şantaj deyil, adi haldır”.

Əvvəlcədən digər qüvvələri müharibə tərəfdarları adlandırdıqları barədə suala Mirzoyan cavab olaraq bildirib: “Onlar özləri bunu deyirlər. Bu, bizi ittiham edən qüvvələrin siyasi bacarıqsızlığının göstəricisidir. Biz deyirik ki, biz sülh tərəfdarıyıq, digərlərinin dedikləri isə o qədər perspektivsiz və təhlükəlidir ki, müharibəyə gətirib çıxaracaq. Bu o qədər doğrudur və təkzibolunmazdır ki, gəlib bizə deyirlər: yaxşı, bunu deməyin, çünki seçki mübarizəsində biz o qədər də uğurlu olmaya bilərik”.

Niyə onları müharibə tərəfdarları adlandırdıqları barədə suala Mirzoyan qısa şəkildə qeyd edib: “Bu bizim siyasi hüququmuzdur. Mən burada şantaj elementi görürəmmi? Xeyr, görmürəm. Niyə bunu edirik? Yaxşı edirik, bu bizim siyasi təklifimizdir və biz qanunu pozmuruq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Ermənistan  


Bizi "telegram"da izləyin