Ordu.az yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
O xatırladıb ki, ötən il Ermənistan üç ölkə ilə diplomatik münasibətlər qurub: Lesoto, Solomon adaları və Pakistan.
"Xüsusilə Pakistanın vəziyyətində, bilirsiniz, uzun illər ərzində spesifik bir problem mövcud idi, bu, həmçinin Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətləri ilə bağlı olan bir düyün idi. Ötən il biz qarşılıqlı anlaşmaya nail ola bildik və Pakistan tərəfi də bu fakta böyük həvəslə yanaşdı. Diplomatik münasibətlər qurduq və səfirləri akkreditasiya edəcəyik, hazırkı mərhələdə qeyri-rezident, lakin biz bu prosesdəyik", - A.Mirzoyan qeyd edib.
Ordu.az