Erməni deputat: “Əgər bu şər qüvvələrin hakimiyyəti yenidən formalaşarsa, Ermənistanın konstitusiyası dəyişdiriləcək”

2026/03/Ekran-1774094182.jpg
Oxunub: 543     15:52     21 Mart 2026    
“Hakimiyyətin yenidən formalaşmasından sonra Qarabağ ermənilərdən təmizlənib, Azərbaycan qoşunları “Ermənistan ərazisi”ndə yerləşir və Bakı İrəvana yeni tələblər irəli sürür”.

Ordu.az xəbər verir ki, bu barədə Aştarak şəhərində sakinlərlə görüşdə Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı İşxan Sağatelyan bildirib.

“Əgər bu şər qüvvələrin hakimiyyəti yenidən formalaşarsa, nə baş verəcək? Bu təhlükəni tam dərk etməliyik və buradan çıxaraq bunu bütün soydaşlarımıza çatdırmalıyıq. Əgər onlar yenidən hakimiyyətə gəlsələr, Azərbaycanın tələbi ilə Ermənistanın konstitusiyası dəyişdiriləcək və hər tələbin yerinə yetirilməsi ərəfəsində müharibənin qarşısını almaq adı ilə belə addımlar atılacaq. Daha sonra isə Ermənistanda 300 min azərbaycanlının yerləşdirilməsinə cəhd ediləcək. Bu, şişirtmə deyil. Bir neçə il əvvəl bu təhlükələrdən danışanda çoxları bunu şişirtmə hesab edirdi, amma təəssüf ki, bunlar artıq reallığa çevrilib”,- deyə o qeyd edib.

Sağatelyan vurğulayıb ki, seçim aydındır: “Ermənistan vətəndaşları dağıdanla quran, təslim edənlə müdafiə edən, alçalma ilə ləyaqət arasında seçim etməlidir. Mən əminəm ki, xalq ləyaqəti, təhlükəsizliyi və hüquqlarının qorunmasını seçəcək”.

O, vətəndaşlara müraciət edərək bildirib: “Siz yalnız tərəfdarlarımız yox, həm də komandamızın üzvlərisiniz. Xahiş edirik ki, ideyalarımızı hər bir erməni ailəsinə çatdırasınız, təhlükələri izah edəsiniz. Bizim təcrübəli komandamız, rəqabətqabiliyyətli proqramımız və qətiyyətimiz var. Birlikdə təhlükəsiz və güclü Ermənistan qura bilərik və bunu edəcəyik”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Daşnak   Terror  


Bizi "telegram"da izləyin