Putin Novruz münasibətilə İlham Əliyev və digər liderləri təbrik edib

2022/11/1669139178.jpg
Oxunub: 421     12:20     21 Mart 2026    
Rusiya prezidenti Vladimir Putin bahar bayramı Novruz münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə, Qırğızıstan prezidenti Sadır Japarova, Tacikistan prezidenti Emoməli Rəhmona, Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədova, eləcə də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova və Özbəkistan prezidenti Şavkat Mirziyoyevə təbrik məktubları göndərib.

Ordu.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Məktublarda qeyd olunan MDB dövlətləri ilə ikitərəfli münasibətlərin yüksək səviyyəsi vurğulanıb və qarşılıqlı faydalı, çoxşaxəli əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub”, - deyə məlumatda bildirilir.

Novruz münasibətilə təbriklər həmçinin İran rəhbərliyinə, İran İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Müctəba Hüseyni Xameneyi və ölkə prezidenti Məsud Pezeşkiana da ünvanlanıb.

“Vladimir Putin İran xalqına çətin sınaqları ləyaqətlə dəf etməyi arzulayıb və vurğulayıb ki, bu mürəkkəb dövrdə Moskva Tehran üçün sadiq dost və etibarlı tərəfdaş olaraq qalır”, - deyə Kremlin açıqlamasında qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   İlham-Əliyev  


Bizi "telegram"da izləyin