Ordu.az xəbər verir ki, bu barədə bu gün jurnalistlərlə söhbəti zamanı Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristinne Qriqoryan bildirib.
O, rəhbərlik etdiyi qurumun əvvəlki hesabatında Yaxın Şərqdə mümkün müharibənin Ermənistanın sülhünü təhlükə altına ala biləcəyi ilə bağlı qeyd olunduğunu xatırladaraq, hazırkı vəziyyətdə ölkəyə hansı təhdidlərin olduğunu şərh edib.
“Baş nazirin sözlərini təhrif etmək lazım deyil”, - deyə Qriqoryan baş nazir Nikol Paşinyanın payızda mümkün müharibə ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən qeyd edib.
Xatırladaq ki, Nikol Paşinyan ötən gün bildirib: “Müxalif qüvvələr sülhün reviziyasını dəstəkləyir, bu isə yaxın gələcəkdə, seçkilərdən sonra, ən gec payızda qaçılmaz müharibə deməkdir. Onlar ağır nəticələrə səbəb olacaq yeni sentyabr müharibəsinə hazırlaşırlar”.
Alpər Mövludoğlu
Ordu.az