Ordu.az xəbər verir ki, o, bu fikirləri “Lenta.ru”ya müsahibəsində bildirib.
Daha əvvəl Paşinyan bəyan etmişdi ki, müxalifət hakimiyyətə gəldiyi təqdirdə yeni müharibə başlaya bilər. O həmçinin qeyd etmişdi ki, sülhə yenidən baxılması ilə bağlı çağırışlar xarici qüvvələr tərəfindən hazırlanır və daxili müxalifət sadəcə onları təkrarlayır.
“Paşinyan cəmiyyətdə hər cür sarsıntıdan çəkinən insanları qorxudub. Onun bu xətti bu gün açıq şəkildə görünür, çünki o, Ermənistanın milli maraqlarından imtina edib və bunu davam etdirir. O, hakimiyyətdə qalmaq üçün vətəndaşları Azərbaycanla müharibə, Türkiyə ilə problemlər və digər amillərlə qorxutmaqdan başqa yol görmür”, - deyə Zatulin bildirib.
Onun sözlərinə görə, Paşinyan bu strategiyadan iyunun 7-də keçiriləcək seçkilərdə mövqelərini qorumaq üçün istifadə edir.
Zatulin əlavə edib ki, müharibə ehtimalı azdır, çünki Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində, ilk növbədə Rusiya tərəfindən qorunur. Onun fikrincə, Paşinyan bunu gizlətməyə çalışır.
Alpər Mövludoğlu
Ordu.az