Prezident İlham Əliyevlə Şahbaz Şərif arasında telefon danışığı olub

2026/03/1773993154.jpg
Oxunub: 575     11:49     20 Mart 2026    
Martın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif bir-birini müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, xalqlarmıza firavanlıq və yeni-yeni uğurlar arzulayıblar.

Azərbaycan Prezidenti və Pakistanın Baş naziri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edib, əməkdaşlığın perspektivləri və gələcək təmaslara dair fikir mübadiləsi aparıblar.

Telefon danışığı əsnasında Yaxın Şərqdəki mövcud vəziyyətə toxunulub, gərginliyin siyasi yollarla tezliklə həllinin vacibliyi vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Azərbaycan  


Bizi "telegram"da izləyin