Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

2026/03/1773993097.jpg
Oxunub: 403     11:46     20 Mart 2026    
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Ordu.az-ın məlumatına görə, bu barədə səfirliyin feysbuk səhifəsindəki paylaşımında bildirilib.

"Azərbaycan xalqını Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımızı çatdırırıq - bu bayram xeyirin şər üzərində, işığın qaranlıq üzərində, sevginin nifrət üzərində qələbəsini simvolizə edir! Qoy yazın gecə-gündüz bərabərliyi günündə başlayan yeni astronomik il xoşniyyətli bütün insanlara xoşbəxtlik və sevinc gətirsin! Qoy ürəklərdə həmişə bahar əhvali-ruhiyyəsi və daha yaxşı gələcəyə ümid hökm sürsün!", - paylaşımda qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Azərbaycan  


Bizi "telegram"da izləyin