Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, görüş zamanı həmsöhbətlər nüvə energetikasının dinc məqsədlərlə inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.
“Həmçinin Ermənistan ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlığın gedişinə toxunulub. Tərəflər nüvə təhlükəsizliyi, texniki əməkdaşlıq və ekspert dəstəyi proqramlarının davamlı həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Bununla yanaşı, Ermənistanın enerji sektorunda həyata keçirilən proqramlar, kiçik modul reaktorları texnologiyaları və nüvə energetikasının inkişaf perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd edilib.
Nikol Paşinyan görüşlə bağlı video yayımlayıb.
Alpər Mövludoğlu
Ordu.az