Slovakiya Prezidenti: "İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik"

2025/12/prezi-8826033265.jpg
Oxunub: 319     23:28     06 Mart 2026    
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini İranın Naxçıvana dron hücumları ilə bağlı Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Ordu.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Naxçıvan Muxtar Respublikasında mülki infrastruktura qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilmiş hücum, həmçinin mülki əhalini təhlükə altına qoyan bu hadisə ilə əlaqədar Slovakiya Respublikası adından və şəxsən öz adımdan səmimi həmrəyliyimi bildirmək istəyirəm.

Biz bu hücumu qətiyyətlə pisləyirik. Bu cür davranış qəbuledilməzdir, beynəlxalq hüququn pozulmasıdır və vəziyyətin daha da gərginləşməsi riskini təhlükəli şəkildə artırır.

Slovakiya Respublikası gərginliyin azaldılmasına və məsələnin sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir.

Eyni zamanda, icazə verin, Tehrandan təxliyə olunmuş diplomatlarımıza göstərdiyiniz yardıma və qonaqpərvərliyə görə hakimiyyət orqanlarınıza səmimi təşəkkürümü bildirim. Bu çətin vəziyyətdə hakimiyyət orqanlarınızın göstərdiyi dəstəyi yüksək qiymətləndiririk.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   Naxçıvan  


Bizi "telegram"da izləyin