Ordu.az xəbər verir ki, bunu Azərbaycan məsələləri üzrə erməni ekspert Qriqori Ayvazyan deyib.
“İran illər boyu Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edib və Azərbaycanın qələbəsi münasibətilə tələsik təbrik göndərib. Necə deyərlər, bu gün regionumuz barıt çəlləyinin üzərindədir və bu vəziyyət Qarabağın itirilməsindən sonra daha da kəskinləşdi.
Əslində biz İranın indi öz üzərində hiss etdiyi yanlış siyasətin nəticələri ilə üz-üzəyik. İran gələcək vəziyyəti, xüsusilə Qarabağla bağlı məsələləri düzgün hesablamadı”, - deyə o qeyd edib.
Ayvazyan bildirib ki, Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanıb.
“Unutmamalıyıq ki, Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi və digər sənədlər var. Həmin sənədlərə görə, Türkiyə və Azərbaycan hər hansı hərbi əməliyyata birgə cavab verməyi öhdələrinə götürüblər. Bundan əlavə, Pakistan da Azərbaycan və Türkiyə ilə müəyyən mənada əlaqəlidir. Hazırda gedən bütün bu proseslər birbaşa Ermənistana da təhlükə yaradır”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az