Ordu.az xəbər verir ki, bu barədə səfirliyin feysbuk sosial şəbəkəsindəki paylaşımında bildirilib.
"Biz dünən Naxçıvanda Azərbaycanın təhlükəsizliyini və suverenliyini təhdid edən dron hücumlarını qınayırıq. Azərbaycanla və bu hücumlardan zərər çəkənlərlə tam həmrəy olduğumuzu bildiririk", - bəyanatda qeyd olunub.
Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. Azərbaycan Prezidenti İlham Əliyev İran tərəfinin hərəkətlərini çirkin terror aktı adlandırıb. Prezident bildirib ki, Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir.
Ordu.az