ABŞ-nin İrana qarşı ilk dəfə istifadə etdiyi LUCAS kamikadze PUA-sı nədir?

2026/03/1772563473.jpg
Oxunub: 607     22:41     03 Mart 2026    
İranla münaqişə çərçivəsində ABŞ ilk dəfə mediada LUCAS adlandırılan kamikadze pilotsuz uçuş aparatından istifadə edib.

Ordu.az xəbər verir ki, bu barədə aviasiya eksperti Aleksey Zaxarov yazır.

LUCAS aparatın rəsmi adı deyil, bu, sadəcə olaraq “Low-cost Uncrewed Combat Attack System” ifadəsinin qısaltmasıdır. İstehsalçının adı məlumdur: “SpektreWorks”.

ABŞ 2021-ci ildə Suriyada istifadə olunduqdan sonra İranın “Şahed-136” pilotsuz uçuş aparatına maraq göstərməyə başlayıb. Qalıqları araşdırdıqdan sonra amerikalılar müəyyən ediblər ki, “Şahed”də çoxsaylı ABŞ istehsalı komponentlər, o cümlədən GPS modulları və mikroçiplər mövcuddur. Əldə olunan məlumatlar aşağı qiymətli pilotsuz uçuş aparatlarının kütləvi istehsalını nəzərdə tutan “Replicator” proqramının iştirakçıları ilə, o cümlədən əvvəlcə FLM-136 hədəf aparatı üzərində işləyən, daha sonra isə LUCAS proqramının əsas podratçısına çevrilən “SpektreWorks” ilə bölüşülüb.

O, “Şahed-136” ilə necə müqayisə olunur?

Aydın istinada baxmayaraq, ABŞ pilotsuz uçuş aparatı İran modelinin surəti deyil. “Şahed” 50 at gücündə mühərrikdən istifadə edir və maksimal qalxma çəkisi 200 kiloqramdır, 50 kiloqrama qədər faydalı yük daşıyır və bəyan edilən uçuş məsafəsi 2 000 kilometrdir. FLM-136 isə cəmi 81,5 kiloqram çəkiyə malikdir, 18 kiloqram faydalı yük daşıyır və 600-700 kilometr uçuş məsafəsinə malikdir. Hər ikisinin sürəti oxşardır: kreyser sürəti 100 km/saatdan çox, maksimal sürəti təxminən 185 km/saatdır.

Qiymət məsələsinə gəldikdə, FLM-136-nın rəsmi qiyməti 35 000 ABŞ dollarıdır, “Şahed” isə 20 000-50 000 dollar aralığında qiymətləndirilir, yeni versiyalar isə yuxarı həddə yaxınlaşır.

ABŞ aparatı faydalı yük baxımından geri qalsa da, bunu daha yüksək effektivliklə kompensasiya edir: təkmilləşdirilmiş radioelektron mübarizəyə davamlılıq, dəqiq yönləndirmə və sürü taktikası. Bu yanaşmanın İranın “sadə, lakin çoxsaylı” strategiyasından üstün olub-olmayacağını zaman göstərəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin