Vuçiç: "Serbiyanın diplomatları İrandan Azərbaycana təxliyə olunacaq"

2026/02/1771166303.jpg
Oxunub: 388     16:18     01 Mart 2026    
Serbiyanın Tehrandakı səfirliyi birbaşa hücum hədəfi olmayıb, lakin bina qəlpələrin düşməsi nəticəsində zədələnib.

Ordu.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç bəyan edib.

"Zərbələrdən biri Bəsicin bazasına endirilib. Qəlpələr bizim səfirliyimizə ziyan vurub. İrandakı diplomatlarımıza gəlincə, bu gün personalımız Azərbaycan istiqamətində təxliyə olunacaq", - Vuçiç deyib. Dövlət başçısı Serbiya səfirinin müvəqqəti olaraq Azərbaycana yollanacağını, lakin sonra Tehrana qayıdacağını dəqiqləşdirib.

Vuçiç əlavə edib ki, region üzrə ən çox Serbiya vətəndaşı Birləşmiş Ərəb Əmirliklərindədir və onlar ilk fürsətdə təxliyə olunacaqlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vuçiç   Serbiya   Azərbaycan  


Bizi "telegram"da izləyin