Ordu.az xəbər verir ki, Bilal Topçu gənclərə TSQGV-ni təqdim edib.
Fond tərəfindən bu görüşlə bağlı edilən paylaşımda aşağıdakı ifadələr yer alıb:
“Baş direktorumuz Bilal Topçu Kartal Rayon Milli Təhsil Müdirliyinin dəstəyi ilə “Kartal Anadolu İmam Hatip” Liseyində təşkil olunan TSQGV-nin Tanıtım Proqramı çərçivəsində gənclərlə görüşdü.
Rayondakı 13 müxtəlif liseydən gələrək tədbirdə iştirak edən şagird və müəllimlərə müraciət edən baş direktorumuz vəqfimizin yaradılma missiyasını, müdafiə sənayesi ekosistemindəki mövqeyini və şirkətlərimizin həyata keçirdiyi strateji fəaliyyətləri geniş şəkildə izah etdi. Proqramda həmçinin gənclərə müdafiə sənayesində karyera imkanları və milli texnologiya baxışımıza uyğun formalaşan ixtisas istiqamətləri barədə məlumat verildi.
Tədbirin sonunda baş direktorumuz məktəb daxilində təşkil olunan Ramazan sərgisini ziyarət edərək şagirdlərlə söhbət etdi və xatirə şəkli çəkdirdi. Rayondakı 13 müxtəlif liseydən proqrama qatılan gənclərin göstərdiyi maraq və yüksək fəallıq müdafiə sənayesinə dair məlumatlılığın və fərqindəliyin gücləndiyini bizə bir daha göstərdi.
Səmimi ev sahibliyinə və töhfələrinə görə Kartal Rayon Milli Təhsil Müdirliyinə və “Kartal Anadolu İmam Hatip” Liseyinə təşəkkür edirik”.
Sevinc Əliyeva
Ordu.az