Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Əsaslandırmaya görə, daimi yaşayış ölkəsində vətəndaşların həyatına və sağlamlığına təhlükə yaradan fövqəladə vəziyyət yarandıqda, xaricdə etibarlı Ermənistan pasportunun verilməsi və ya dəyişdirilməsi üçün müraciət edən erməni əsilli xarici vətəndaşlar və Ermənistan vətəndaşları dövlət rüsumundan azad ediləcək.
Qeyd edilir ki, 2025-ci ilin 4-cü rübündə xarici ölkələrdə ümumilikdə 466 etibarlı pasport verilib və dövlət rüsumu tutulmayıb. Bu pasportların 137-si Ermənistanın Dəməşqdəki səfirliyi, 329-u isə Ermənistanın Hələbdəki baş konsulluğu tərəfindən təqdim olunub.
Bildirilir ki, sənədlər həmin şəhərlərdə yaşayan Ermənistan vətəndaşlarına, eləcə də Ermənistan vətəndaşlığını əldə edərək ilk dəfə Ermənistan pasportu almaq üçün müraciət edən erməni əsilli xarici vətəndaşlara verilib.
Alpər Mövludoğlu
Ordu.az