Erməni nazir: “Gürcüstan hələ də erməni yük maşınları ilə bağlı problemlərin konkret səbəbini açıqlamayıb”

2026/02/1770372797.jpg
Oxunub: 378     14:50     26 Fevral 2026    
“Biz bu günə qədər Gürcüstan tərəfdən təsərrüfat subyektlərimizin konkret olaraq hansı pozuntulara yol verdiyi və buna görə yük maşınlarının niyə saxlanıldığı barədə cavab almamışıq”.

Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində Ermənistanın iqtisadiyyat naziri Gevoq Papoyan deyib.

Onun sözlərinə görə, yük maşını sürücüləri ilə bağlı vəziyyət onun üçün də anlaşılmazdır.

Erməni nazir bildirib ki, bir neçə gün əvvəl Gürcüstanın iqtisadiyyat naziri Ermənistana səfər edərək bu məsələnin onların səlahiyyətinə aid olmadığını, ölkənin maliyyə polisi ilə bağlı olduğunu deyib.

“O, iki gün sonra mənimlə əlaqə saxladı və bəzi mallarla bağlı müəyyən risklər gördüklərini bildirdi. Bununla belə, mən həmin risklərin konkret nədən ibarət olduğunu izah etmələrini xahiş etdim”, - deyə Papoyan qeyd edib.

Erməni nazir bildirib ki, bu vəziyyətin Ermənistan və Azərbaycan arasında kommunikasiyaların mümkün açılması fonunda Gürcüstanın tranzit potensialının zəifləməsi ilə bağlı qısqanclıq münasibətindən qaynaqlanması barədə deyilənləri şərh edə bilməz.

“Əslində mən konkret demələrini istədim ki, bu gün, dünən və ya ondan əvvəl hansı maşının sürücüsü hansı qaydanı pozub. Məsələn, konkret deyilsə ki, bu sürücünün sənədləri olmayıb, bu, tamam başqa vəziyyətdir. Amma maşınlar saxlanılıb və bizə heç bir izahat verilmirsə, bu, başqa məsələdir. Bildiyimə görə, bəzi maşınlar buraxılıb, amma müəyyən partiya və nəqliyyat vasitələri ilə bağlı problemlər qalır”, - deyə Papoyan əlavə edib.

Xatırladaq ki, erməni yük maşınlarının sürücüləri fevralın 12-dən etibarən Gürcüstandan Ermənistana girişin çətinləşdiyini bildirmişdilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gürcüstan  


Bizi "telegram"da izləyin